Peruda COVID-19 xəstələrinin sayı 200 min nəfəri keçdi

 

Peruda COVID-19 xəstələrinin sayı artmaqda davam edir.

Şəffaflıq.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, Peruda virusa yoluxanların sayı 200 min nəfəri ötüb.

"İyunun 9-a olan məlumatlara görə, COVID-19-la bağlı testdən 1 227 691 insan keçib, onlardan 203 736-sının analizi müsbət nəticə nəticə verib, 1 023 955 insanın koronavirus analisi mənfi olub", - xəbərdə deyilir.

Qeyd edilir ki, pandemiya dövründə 5 738 pasiyent virusdan ölüb, 92 929 nəfər karantin dövrünü keçib və ya sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}