DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - 3 rəis saxlanılıb

 

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.", - məlumatda əlavə olunub.

"BakuPost"un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.


Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}