Çində koronavirusdan sağalan 2 həkimin dəri rəngi dəyişərək QARALDI — FOTOLAR

 

Çinin Vuhan əyalətində koronavirusa yoluxan iki həkim 2 aylıq müalicədən sonra dəri rənglərinin dəyişməsinin şahidi olublar.

Şəffaflıq.az xəbər verir ki, Çinin Vuhan əyalətində koronavirusa yoluxan xəstələri müalicə edən həkim-kardioloq Yi Fan və uroloq Hu Weifengin dəri rəngi dəyişib. Çinli həkimlər ehtimal edirlər ki, iki həkimdəki dəri rənginin dəyişməsinin səbəbi virusun qaraciyəri zədələməsidir. Virusa yoluxub daha sonra müalicə alaraq sağalan həkim Hu Weifeng başına qələn hadisəni Çin mediasına danışaraq ''Oyananda səhhətimlə bağlı xəbərdən sonra çox həyəcan keçirdim. Yatarkən tez-tez qorxulu yuxular gördüyümü xatırlayıram'' bu sözləri deyib. Çin texnologiya institunun infeksionisti Song Jianxin açıqlamasında hər iki həkimin orqanlarının zədələndiyini və qandakı dəmirin damarlara dolduğunu deyib. Bu səbəblə də hər iki həkimin dəri rəngi qaralıb. Həkim eyni zamanda koronavirusdan sağalan xəstələrin ciddi psixoloji sarsıntı keçirdiklərini də qeyd edib. Onun sözlərinə görə koronavirus təkcə tənəffüs yolu infeksiyası sayılmır. Virus ürəyi, qaraciyəri, beyni, endokrin sistemini zədələyir.



 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}