QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələri elan edilib
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. Bu barədə Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyi məlumat verib. Bildirilib ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna sentyabrın 22-də başlanacaq. Müraciət üçün son tarix oktyabrın 22-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq. Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti: • Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək); • Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək); • Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək). Şəffaflıq.az
Facebook-da paylaş
