Çinin şimalında daşqın nəticəsində 10 nəfər həlak olub, 2 nəfər itkin düşüb


Çinin şimalında baş verən daşqın nəticəsində azı 10 nəfər həlak olub, 2 nəfər isə itkin düşmüş hesab olunur.

Şəffaflıq.az-ın "Xinhua" agentliyinə istinadən xəbər verir ki, Bayannur şəhərinin kənarında düşərgə quran 13 nəfər qəfil gələn daşqın sularına qərq olub.

Agentlik bildirir ki, hazırda 700-dən çox insanı axtarış-xilasetmə əməliyyatında iştirak edir. Bu saatadək sadəcə bir nəfərin xilas edildiyi qeyd olunub. 10 nəfərin meyiti tapılsa da, digər 2 şəxs barədə məlumat yoxdur.

Qeyd edək ki, Çində iyul ayından bəri ekstremal hava şəraiti müşahidə olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}