Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin görüşü bərpa olunub
ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri Ağ Evdə danışıqları bərpa ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Zelenskinin nümayəndəsi Sergey Nikiforov bildirib. Nikiforov davam etdirilən görüşlə bağlı heç bir əlavə təfərrüat verməyib. O, sadəcə qeyd edib ki, iclasda yalnız nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. Toplantı jurnalistlərin iştirakı olmadan keçirilir. Daha əvvəl danışıqların başa çatdığı, lakin iştirakçıların Ağ Evi tərk etmədiyi bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş
