Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb
Bakının Xəzər rayonunda 46 yaşlı kişi qətlə yetirilib. Şəffaflıq.az xəbər verir ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb. Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib. Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib. Araşdırmalar aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
