Ermənistanda yüksək rütbəli məmur mənimsəmə faktı üzrə saxlanılıb
"Haypost" şirkətinin direktor müavini Arman Abramyan təxminən 500 min dollar məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Nəşrin məlumatına görə, söhbət onun Dövlət Əmlakının İdarə Edilməsi Komitəsində işlədiyi dövrdə yol verilmiş mümkün pozuntulardan gedir. Sui-istifadə edilən məbləğ təxminən 200 milyon dram (təxminən 500 min dollar) qiymətləndirilir. Bildirilib ki, o ötən gün saxlanılıb. Hazırda "Haypost" şirkətinə hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryanın həyat yoldaşı rəhbərlik edir.
Xəbəri paylaş
Facebook-da paylaş
