Əsas Səhifə > Hadisə > Ermənistanda yüksək rütbəli məmur mənimsəmə faktı üzrə saxlanılıb

Ermənistanda yüksək rütbəli məmur mənimsəmə faktı üzrə saxlanılıb


Bu gün, 10:16


"Haypost" şirkətinin direktor müavini Arman Abramyan təxminən 500 min dollar məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət onun Dövlət Əmlakının İdarə Edilməsi Komitəsində işlədiyi dövrdə yol verilmiş mümkün pozuntulardan gedir. Sui-istifadə edilən məbləğ təxminən 200 milyon dram (təxminən 500 min dollar) qiymətləndirilir. Bildirilib ki, o ötən gün saxlanılıb.

Hazırda "Haypost" şirkətinə hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryanın həyat yoldaşı rəhbərlik edir.


Geri qayıt