İlin sonuna qədər Laçına daha 40 ailə köçürüləcək
Yaxın vaxtlarda 20 ailə, ilin sonuna qədər isə 40 ailə Laçına köçürüləcək. Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb. Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Laçında yenidən qurma işləri sürətlə davam etdirilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
