Türkiyənin Samsun şəhərində 96 yaşlı kişi koronavirusa necə qalib gəldiyini açıqlayıb.

 Türkiyənin Samsun şəhərində 96 yaşlı kişi koronavirusa necə qalib gəldiyini açıqlayıb.
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, Qasım Akyüz və 65 yaşlı oğlu Yusif Akyüzün koronavirus testlərinin nəticələri müsbət çıxıb.
Xəstəxanada oğlu ilə müalicədən sonra evində 14 günlük karantində olan Qasım Akyüz xəstəliyə qalib gəlməsini belə izah edib:
"Kənddə 65 yaşına qədər yaşamışam. Cavanlığımda həmişə tarlada işləmişəm, əkin sahələrində ot biçmişəm. Həmişə evdə hazırlanmış təzə qatıq, süd, qaymaq yemişəm. Təbii qidalar qəbul etmişəm.
Buğda əkib istehsal etdiyimiz undan hazırlanan çörək yeyirəm. Erkən yatıb, erkən dururam. Heç siqaret çəkməmişəm. Heç vaxt çayxanaya getmək kimi vərdişim olmayıb. Nadir hallarda həkimə müraciət edirəm. Bu yaşa qədər əməliyyat keçirməmişəm. Özümə qulluq edirəm".
Oğlu Yusuf Akyüz atası üçün narahat olmadığını qeyd edib:
"Atam heç nədən narahat olmur. Bunu bizə də öyrədib. Xoşbəxt olmağa çalışır, özünü incitmək istəmir. İctimai bir insandır, insanlarla söhbət etməyi sevir. Türkiyə gündəmini izləyir, mütləq hər gün qəzet alır və oxuyur. Həmişə bizə "Yeməyə diqqət edin, vaxtında yeyin" deyir. Onun dediklərini etməyə çalışırıq.
Atamın xəstəliyə qalib gəlməsini immunitet sisteminin güclü olması ilə əlaqələndirirəm. Erkən diaqnoz və dərmanların təyin edilməsinin də təsirli olduğuna inanıram. Ailəmizdə doqquz nəfər koronavirusa görə xəstəxanaya yerləşdirilib, onlardan səkkizi sağalıb, birinin müalicəsi davam edir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}