Məhkəmə hökmünü icra etməyən hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək


Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, qərarını və ya digər aktını qərəzli olaraq icra etməyən, yaxud onların icrasına mane olan hüquqi şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, sözügedən məsuliyyət nəzərdə tutulmuş əməlin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq ediləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}