Moldova ərazisinə düşən PUA partlayıb
Pilotsuz uçuş aparatı (PUA) Moldova hava məkanından keçib, daha sonra Aneniy-Noy rayonunun Qırbovets kəndindən kənarda yerə düşərək partlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Polis Müfəttişliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib. İlkin məlumatlara görə, ölən yoxdur. Ərazi mühasirəyə alınıb, hadisə yerində polisin ixtisaslaşmış bölmələri fəaliyyət göstərir. Ekspertlər hadisənin bütün təfərrüatlarını aydınlaşdıracaqlar.
Xəbəri paylaş
Facebook-da paylaş








