70 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb
Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 70 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb. Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, Kollegiyanın üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 3 iyun – 30 sentyabr tarixlərində imtahanın şifahi müsahibə mərhələləri keçirilib. Müsahibələr tam şəffaf və obyektiv qaydada, videomüşahidə şəraitində təşkil olunub. Şifahi mərhələdə ümumilikdə 88 vəkilliyə namizəd iştirak edib. Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təlimi oktyabrın 5-i saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında başlanacaq. Şəffaflıq.az
Facebook-da paylaş








