Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb


Şamaxıda piyadanın ölümü ilə bağlı nəticələnən yol qəzası baş verib.

Şəffaflıq.az-ın xəbərinə görə, hadisə Sabir qəsəbəsində qeydə alınıb. Belə ki, A.Bəkirova idarə etdiyi KİA markalı avtomobillə piyada, 56 yaşlı Elmira Əliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}