Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub
Sabirabad rayonunda Kür çayı üzərində yerləşən və bir neçə kəndi birləşdirən panton körpüdə nəqliyyatın hərəkəti bərpa olunub. Şəffaflıq.az-ın məlumatına görə, keçidin açılması Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndləri arasında gediş-gəlişi əhəmiyyətli dərəcədə asanlaşdırıb. Xatırladaq ki, cari il aprelin 29-da Kürdə suyun səviyyəsinin artması nəticəsində Ulacalı və Quruzma kəndlərini birləşdirən körpüdə hərəkət dayandırılmışdı. Körpünün hər birinin uzunluğu 6 metr olan iki panton dayağı suda batmışdı. Bu səbəbdən piyadaların və nəqliyyat vasitələrinin keçidi mümkün olmayıb, sakinlər alternativ yoldan istifadə edərək əlavə 15-20 kilometr məsafə qət etməli olublar.
Facebook-da paylaş








