Sumqayıtda yol qəzası olub, bir nəfər ölüb


Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Koroğlu prospektində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu idarə etdiyi "Kia Rio" markalı avtomobillə yolu keçən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl şəhərin 10-cu mikrorayon ərazisində də avtomobilin piyadanı vuraraq öldürdüyünə dair məlumat verilmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}