Vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur
Vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur. Şəffaflıq.az xəbər verir ki, bu haqda yeni hazırlanmış "Pulsuz hüquqi yardım haqqında" qanunun layihəsində öz əksini tapıb. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkilə və ya vəkil qurumlarına müraciət zamanı ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi vəsaiti hesabına ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər. Pulsuz hüquqi yardım tələbinə riayət edilmədikdə vəkillər tərəfindən "pro bono" hüquqi xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş ediləcək.
Facebook-da paylaş








