Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib


Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə AR Vəkillər Kollegiyasına və Naxçıvan MR Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 3 saat davam edən imtahanda ümumilikdə 284 nəfər iştirak edib. AR Vəkillər Kollegiyasına sənəd verən 264 namizəddən 54 nəfəri, Naxçıvan MR Vəkillər Kollegiyasına sənəd verən 20 namizəddən 14 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak etmişdir.

AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlər Sənəd Qəbulu Komissiyasına 2023-cü il dekabr ayının 1-dən 29-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə;
  2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi;
  3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
  5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
  6. Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış;
  7. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil;
  8. Vəkilin şəxsi məlumat vərəqəsi;
  9. Tərcümeyi-hal.

Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcəkdir.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.

AR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin

SİYAHISI

1 ABBASLI TOĞRUL ABBAS

2 ABBASOV TURAB KAMİL

3 ABBASOVA RAZİYYƏ ARZU

4 ABDULƏZİMOV CAVİD CAVANŞİR

5 AĞAYEVA AYTƏN İLQAR

6 AĞAYEVA NURAY ADİL

7 AĞCAYEV SƏRVAN İLYAS

8 AYDINLI ŞÜKRİYYƏ VÜQAR

9 BABAYEV CAVİD ZAHİD

10 BABAYEVA ƏSMƏR RÖVŞƏN

11 BAĞIROVA ELNARƏ AĞABALA

12 CABBAROVA JALƏ SURXAY

13 CAMALZADƏ CAVİD ƏHMƏD

14 CAVADOVA GÜNAY TAHİR

15 CƏFƏROV ELNUR MİRABTALIB

16 CƏFƏROV NİCAT MARİF

17 DADAŞOV SEYRAN ŞƏMSƏDDİN

18 DAVUDLU NƏRMİN VAQİF

19 ƏHMƏDOVA LEYLA NİZAMİ

20 ƏLİYEV EMİL ZİNYƏDDİN

21 ƏLİYEV ƏSƏD NAZİM

22 ƏLİYEV İSMAYIL ƏLİMUSA

23 ƏLİYEVA NİGAR ZEYNAL

24 ƏMİRASLANLI NİCAT PƏNAH

25 ƏSGƏROV RUSLAN RÜSTƏM

26 ƏZİZLİ FATİMƏ AĞALAR

27 HACI-SALMANOV TOĞRUL ADIŞİRİN

28 HACIYEV MUSA ÇIRAX

29 HƏSƏNOV ORXAN QƏHRƏMAN

30 HƏSƏNOVA OFELYA XANLAR

31 HÜSEYNLİ ELTAC SADİQ

32 İBRƏHİMOV SƏTTAR SABİR

33 İSAYEV ELNİZ MÜBARİZ

34 İSMAYILOVA SƏBİNƏ İMRAN

35 KAZIMLI ƏRTOĞRUL AZƏR

36 KƏRİMOV İLKİN CAMAL

37 MƏMMƏDLİ AYTAC FƏXRƏDDİN

38 MƏMMƏDOV NİCAT VASİF

39 MƏMMƏDOV QÜRBƏT MƏMMƏD

40 MƏMMƏDOVA LEYLA ŞİRZAD

41 MÜTƏLLİMZADƏ SEYMUR SABİR

42 NAĞIYEV ŞULAN TOFİQ

43 NAĞIYEV ÜLVİ BİLMAN

44 NİYAZALI KƏNAN MAHMUD

45 QAFARLI KAMRAN AĞAMALI

46 QASIMLI NURANƏ NURƏDDİN

47 QƏHRƏMANOVA AYTAC MÖHSÜM

48 QURBANOVA FƏRİDƏ ZAKİR

49 RÜSTƏMLİ FUAD MƏHƏMMƏD

50 RZAYEVA ESMİRA QURBAN

51 ŞİRİNOVA ƏSƏDOVA GÜNEL SOLTAN

52 TAĞIZADƏ NİGAR YƏDULLA

53 XALIQ ELNUR CABİR

54 ORUCOV BAYRAM TOFİQ

Naxçıvan MR Vəkillər Kollegiyasına qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin

SİYAHISI

  1. DÜNYAMALIYEV HAFİZ ZEYNAL
  2. ƏLİRZAYEV CƏLİL ƏMİR
  3. ƏLİYEV ADƏM QURBAN
  4. ƏLİZADƏ-MUSƏVİ AYGÜN ELMAN
  5. HƏSƏNLİ VÜSAL RZAQULU
  6. HƏSƏNOV QAFAR RÖVŞƏN
  7. HÜSEYNOV BƏHLUL YAQUBƏLİ
  8. MƏHƏRRƏMOV RÜSTƏM YUSİF
  9. NOVRUZOV ƏLİ FİZULİ
  10. NUHOV AZAD BƏHRAM
  11. ÖZTÜRK ATİLLA ƏSGƏR
  12. QASIMOV ƏZİZ KAMAL
  13. RƏCƏBOV AZAD İSA
  14. ŞAHBAZOV ELÇİN AQİL

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}