Ötən ay Azərbaycanda 7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
Ötən ay Azərbaycanda 7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, 7 stomatoloqdan 5 nəfəri 210.1-ci maddəsi iaflafllə, 2 nəfəri isə 215.1-ci maddəsi ilə bağlı protokollar üzrə tədbir görülüb. Həmin protokollar aidiyyəti üzrə növbəti icraata göndərilib. Ümumilikdə sentyabr ayı ərzində 5 stomatoloq və 1 kosmetoloqun lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilib. Qeyd olunan hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müvafiq protokollar tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib. Bundan əlavə, 2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib. Bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və protokollar müvafiq icraata göndərilib. Şəffaflıq.az
Facebook-da paylaş








