Qoşqar Təhməzli Göyçayda vətəndaş qəbulu keçirəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqustun 14-ü saat 10:00-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri və Göyçay, Ucar, Yevlax, Ağdaş, Kürdəmir, Zərdab rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq avqustun 13-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Şəffaflıq.az
Facebook-da paylaş








