Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








