Əsas Səhifə > Hadisə > Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb


Bu gün, 13:16


Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, qəza rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili aşıb və nəticədə 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Avtomobildə azyaşlılarda olmaqla bir ailənin 7 üzvünün olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt