Koronavirusa qarşı zəruri tədbirlər

 

Karona virusla əlaqədar Şamaxı rayonunda əhali üçün bir neçə zəruri tədbirlər həyata keçirilməlidir.

1. Su, qaz, işıq və internet daimi olmalıdır.

2. Aztəminatlı və çox uşaqlı ailələri nəzarətə götürmək lazımdır.

3. Kommunal xidmət təşkilatlarının işləri yaxşılaşdırılmalıdır. Xüsusi olaraq, bütün rayon ərazisində zibillər vaxtında yığışdırılmalıdır.

4. Apteklərdə və xəstəxanalarda işlər xüsusi rejimə keçirilməlidir.

5. Karantin vaxtında vergi və kredit ödənişləri müvəqqəti dayandırılmalıdır.

6. Polislərlə bərabər könüllülərin də işləri qurulmalıdır.

7. Panika yayan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir.

8. Parklar səliqəli olmalı, orada musiqi səslərinin yayılması təmin olunmalıdır.

9. Su maşınları ilə Şamaxı küçələrində dezinfeksiya işləri aparılmalıdır.

10. Sahibsiz heyvanların, xüsusi olaraq itlərin küçədən yığışdırılması vacibdir.

Hazırladı: Alxas Məmmədov

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}