Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. "Ford" markalı yük avtomobili ilə "Changan", "Mazda" və "Lada" markalı minik maşınlarının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








