Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








