Əsas Səhifə > Hadisə > Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub25-02-2026, 16:41 |
|
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Beş avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində nəqliyyat vasitələrinə müxtəlif dərəcəli maddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |