Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayırlar. Şəffaflıq.az-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, ilk yarış günündə milli komandanın 7 üzvü tatamiyə çıxacaq. Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar. Kişilər 60 kq, 1/8 final Balabəy Ağayev – Qal Blajiç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə 66 kq, 1/16 final Turan Bayramov – Nikolas Kuntse (Almaniya) Qadınlar 48 kq, 1/16 final Könül Əliyeva – Amber Qersyes (Niderland) Şəfəq Həmidova – Erza Muminoviç (Kosova) 52 kq, 1/16 final Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya) Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq) Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Facebook-da paylaş








