Əsas Səhifə > İdman > Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır


Bu gün, 09:39


Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayırlar.

Şəffaflıq.az-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, ilk yarış günündə milli komandanın 7 üzvü tatamiyə çıxacaq.

Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar.

Kişilər

60 kq, 1/8 final

Balabəy Ağayev – Qal Blajiç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə

Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

66 kq, 1/16 final

Turan Bayramov – Nikolas Kuntse (Almaniya)

Qadınlar

48 kq, 1/16 final

Könül Əliyeva – Amber Qersyes (Niderland)

Şəfəq Həmidova – Erza Muminoviç (Kosova)

52 kq, 1/16 final

Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)

Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.


Geri qayıt