Qərbi Azərbaycana həsr olunan "Böyük yolun davamı" adlı konfrans keçirilib


Bakı Dövlət Universitetində (BDU) Qərbi Azərbaycana həsr olunan "Böyük yolun davamı" adlı konfrans keçirilib.

Şəffaflıq.az xəbər verir ki, konfransda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışında Qərbi Azərbaycan məsələsi ilə bağlı söylədiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə edilib.

BDU-nun rektoru Elçin Babayev deyib ki, Qərbi Azərbaycan məsələsi dövlət siyasətinin tərkib hissəsidir və onun elmi əsaslandırılması milli vəzifədir:

"Bakı Dövlət Universitetinin bu prosesə potensial töhfəsi Qərbi Azərbaycan Araşdırma Mərkəzinin yaradılmasından, multidissiplinar elmi layihələrin icrasından, beynəlxalq konfrans və simpoziumların təşkilindən, Qərbi Azərbaycanla bağlı xüsusi kurs və proqramların tədrisi və digər tədbirlərdən ibarətdir".

Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin üzvü Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi dövlətin prioritet məsələsidir:

"Cari ildə icma bir çox işlər görüb, beynəlxalq təşkilat rəhbərləri ilə görüşlər keçirib. Bu görüşləırin hər biri müəyyən irəliləyişlərə zəmin yaradıb".

Daha sonra QAİ sədri Əziz Ələkbərli və tədqiqatçı Səbuhi Hüseynovun müəllifləri olduğu "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar" kitabının I cildi təqdim edilib.





Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}