Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alan var


Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Qırıqlı kənd ərazisindəbaş verib.

Belə ki, 2009-cu il təvəllüdlü R.Zeynalovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada, 2003-cü il təvəllüdlü F.Quluzadəni vurub və daha sonra divara çırpılıb. Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}