Əsas Səhifə > Hadisə > Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alan var
Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alan var9-12-2025, 09:31 |
|
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Qırıqlı kənd ərazisindəbaş verib. Belə ki, 2009-cu il təvəllüdlü R.Zeynalovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada, 2003-cü il təvəllüdlü F.Quluzadəni vurub və daha sonra divara çırpılıb. Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |