Sumqayıtda zəncirvari qəza olub, 4 avtomobil toqquşub


Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.

Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Changan", "VAZ-2106" və "Hyundai" markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}