Əsas Səhifə > Hadisə > Sumqayıtda zəncirvari qəza olub, 4 avtomobil toqquşub

Sumqayıtda zəncirvari qəza olub, 4 avtomobil toqquşub


Bu gün, 14:31


Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.

Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Changan", "VAZ-2106" və "Hyundai" markalı avtomobillərə çırpılıb.

Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.


Geri qayıt