Rusiyanın ən varlı qadınına cinayət işi açıldı - AXTARIŞA VERİLDİ

 

Rusiyada mərhum Moskva meri Yuri Lujkovun arvadı və ölkənin ən varlı qadını Yelena Baturina cinayət işində fiqurantdır və onun barəsində axtarış elan edilib.

Şəffaflıq.az virtualaz.org-a istinadən xəbər verir ki, Baturina barəsində böhtan atma ittihamı ilə cinayət işi qaldırılıb. İddiaçı isə onun qardaşının biznesinin maliyyə işlərini idarə edən Erentsen Manjeyevdir. Baturinanın barəsində Kalmıkiya məhkəməsi axtarış elan edib.

1.2 milyard dollarlıq sərvətə malik olan və “İnteco Management” şirkətinin prezidenti Yelena Baturina isə bu cinayət işini sifarişli hesab edir. Bildirir ki, onun arxasında milyarder Mixail Fridmanın reyderliyi dayanır.

Baturina haqda cinayət işi Elista şəhər məhkəməsinin icraatındadır. Məhkəmə əvvəlcə Lujkovun dul arvadının məhkəməyə gəlməsi haqda qətnamə çıxarıb, bu baş verməyəndə isə onun barəsində axtarış elan edib.

İddiaçı bildirir ki, Yelena Baturina “Forbes” jurnalına müsahibəsində ona böhtan atıb, barəsində cinayət işi qaldırıldığını deyib. “Vedemosti” isə xatırladır ki, onların arasında münaqişə hələ 2006-cı ildən başlayıb. Baturina qardaşını “İnteco” şirkətindən qovub, həmin vaxtdan qardaşı özü və adamları onun əleyhinə çoxsaylı iddialar qaldırıb.

Yelena Baturina bildirir ki, əslində milyarder Mixail Fridman və strukturları onun qardaşı Viktordan öz maraqları üçün istifadə edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}