Bələdiyyə seçkilərinin vaxtı açıqlandı

 Azərbaycanda gələn il baş tutacaq bələdiyyə seçkilərinin tarixi açıqlanıb.
 Şəffaflıq.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş 2019-cu ilin istehsalat təqvimində qeyd edilib.Seçkilərin vaxtı dekabrın 27-nə təyin edilib.
Azərbaycan Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}