Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub


Pirallahı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, 1970-ci il təvəllüdlü Abbasəliyev Azər Cəfər oğlunun idarə etdiyi velosiped avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət almış A.Abbasəliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}