Əsas Səhifə > Hadisə > Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub

Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub


16-04-2024, 10:26


Pirallahı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, 1970-ci il təvəllüdlü Abbasəliyev Azər Cəfər oğlunun idarə etdiyi velosiped avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət almış A.Abbasəliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt