Bakıda qaçırılan avtomobillə qəza törədilib


Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən verilən məlumata görə, mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.

F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}