Çobanı ov tüfəngi ilə qətlə yetirdilər


Aprelin 27-də saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ilkin məlumata görə, kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib. Qətlə yetirilən şəxsin Söylən kənd sakini Qaryağdı Abbas oğlu Allahverdiyev olması müəyyən edilib. O, həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}