Ərdoğan COP31-ə prezident təyin edib
Gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub. Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in Prezidenti təyin edilib. Qeyd edək ki, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan, 30-cu sessiyasına isə Braziliya ev sahibliyi edib.
Xəbəri paylaş
Facebook-da paylaş








