Tramp yaxın vaxtlarda Putinlə danışmağı planlaşdırır


ABŞ Prezidenti Donald Tramp "Politico" nəşrinə müsahibəsində yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.

"Report"un xəbərinə görə, Amerika lideri söhbətin vaxtını dəqiqləşdirməyib, yalnız Putinlə istədiyi zaman danışacağını vurğulayıb.

Tramp həmçinin bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə məhsuldar görüş gözlədiyini bildirib.

"Düşünürəm ki, onunla (Zelenski - red.) hər şey yaxşı olacaq. Məncə, Putinlə də hər şey yaxşı olacaq", - Ağ Ev rəhbəri bildirib.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq perspektivlərindən danışan Tramp, "Politico"nun qeyd etdiyi kimi, Zelenskinin təklifinə kifayət qədər soyuqqanlı reaksiya verib: "Mən təsdiq edənə qədər onun heç nəyi olmayacaq. Gəlin görək onun nələri var".

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}