Azərbaycanda uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir
Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan olunması təklif edilir. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında deyib. Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müzakirə keçirilməlidir. Spiker Sahibə Qafarova isə bu məsələyə növbəti sessiyada baxılacağını söyləyib.
Xəbəri paylaş
Facebook-da paylaş








