DSMF-nin gəlirləri 9% artıb

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ötən illə müqayisədə 8,5% çox - 5,152 milyard manat gəlir əldə edib.
Şəffaflıq.az  xəbər verir ki, bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, DSMF-nin builki gəlirlərinin 3,81 milyard manatı və yaxud 73,95%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardır ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur.
"O cümlədən büdcə təşkilatlarının hesabına 1,38 milyard manat, qeyri-büdcə təşkilatlarının hesabına isə 2,43 milyard manat sığorta haqqı toplanılıb. Transfertin isə 1,313 milyard manat olması gözlənilir.
DSMF-nin 2021-ci il üzrə gözlənilən xərcləri isə 4,841 milyard manatdır ki, bu da illik müqayisədə 2,8% çoxdur. Bu il əhaliyə ödənişlər 4,716 milyard manat olub ki, bunun da 4,591 milyard manatı əmək pensiyaları, 125 milyon manatı isə məcburi dövlət sosial sığorta üzrə müavinətlərdir. 125 milyon manat isə digər xərclər olub", - deyə o, qeyd edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}