DSMF-nin büdcəsi 161 milyon manat artırılır

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gələn il üzrə büdcəsi məlum olub.
Şəffaflıq.az-ın xəbərinə görə, bu, “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2022-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənəsə əsasən, 2022-ci ildə DSMF-nin gəlirləri və xərcləri 5 306,77 milyon manat təşkil etməlidir. Bu isə 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 160,74 milyon manat və yaxud 3,1% çoxdur.
Xatırladaq ki, bu il Fondun gəlirləri və xərcləri 5 146,03 milyon manat proqnozlaşdırılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}