Lənkəranda iki mərtəbəli ev yanır

 Lənkəran rayonunda iki mərtəbəli evdə yanğın başlayıb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Çayqırağı məhəlləsində baş verib.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
İlkin məlumata görə, xəsarət alan var.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}