Suvanose adasında vulkan püskürməsi baş verib.

  Yaponiyanın cənub-qərbində yerləşən Suvanose adasında vulkan püskürməsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Kraterdən 1 kilometr radiusda vulkanik süxurlar qeydə alınıb. Seysmoloqlar adada püskürmənin davam edəcəyini proqnozlaşdırırlar. Bununla əlaqədar həmin rayonda beş ballıq sistem üzrə üçüncü dərəcəli təhlükə xəbərdarlığı elan edilib. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq olmaz.
Adada dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir.
Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır. Sonuncu dəfə burada vulkan 2021-ci ilin iyun ayında püskürüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}