Yaponiya hakimiyyəti Sindake vulkanının püskürə biləcəyi ilə bağlı xəbərdarlıq etdi

 Bazar ertəsi Yaponiyanın milli meteoroloji idarəsi beş ballıq şkala üzrə Kutinoerabu adasında Kaqoşima prefekturasının cənub-qərbində yerləşən Sindake vulkanının püskürmə təhlükəsinin artdığı barəsində məlumat yayıb.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, bu barədə agentliyin mesajında deyilir. İdarədə qeyd olunur: "Vulkanın mərkəzi hissəsinə 2 kilometr yaxın məsafəyə yaxınlaşmaq qadağandır. Adada vulkanik aktivlik kraterdən 2 kilometr aralığında artıb. Nəticədə böyük süxurların və piroklastik axınların tullantıları ilə püskürmə baş verə bilər".
Qeyd edək ki, Sindake sonuncu dəfə 2015-ci ildə püskürüb. Sonra adadan təxminən 130 nəfər təxliyə edildi, heç kim zərər görmənişdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}