Polşada bazarda terror aktı planlaşdıran tələbə saxlanılıb
Polşada Milad bazarında terror aktı törətməkdə şübhəli bilinən tələbə saxlanılıb. Şəffaflıq.az "Reuters"a istinadən xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Yaçek Dobrjinski bildirib. Məlumata görə, Lyublin katolik universitetinin tələbəsi Mateuş V partlayıcı qurğudan istifadə etməyi planlaşdırırdı. O, bu yolla terror qruplaşması İŞİD-in sıralarına qoşulmaq istəyirdi. Qeyd olunub ki, prokurorluq Mateuşa V-yə "çoxsaylı insanların ölümü və ya ciddi xəsarət alması ilə nəticələnə biləcək terror aktına hazırlıq" ittihamı irəli sürüb.
Xəbəri paylaş
Facebook-da paylaş








