Türkiyədə daha 4 terrorçu məhv edilib

Türkiyədə daha terrorçu zərərsizləşdirib.
Şəffaflıq.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Eren-13” əməliyyatları çərçivəsində Şırnak şəhərinin Beytüşşebap rayonunda jandarm qüvvələri tərəfindən əməliyyat təşkil olunub.
PUA-ların da istifadə edildiyi əməliyyat nəticəsində bölücü terror təşkilatının 4 silahlısı məhv edilib.
Bölgədə əməliyyatların davam etdirildiyi vurğulanıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}